Modern.az

Rusiya sanksiyalardan sonra - Xalq nə düşünür...

Rusiya sanksiyalardan sonra - Xalq nə düşünür...

مورد توجه

10 Mart 2022, 11:34

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin 15-ci günüdür. Geridə qalan iki həftə ərzində qanlı döyüşlər və çoxsaylı itkilərlə yanaşı Moskvaya yönəlik sanksiyaların tətbiqi dünya mediasının əsas müzakirə mövzusuna çevrildi. Demək olar ki, dünyanın əksər dövlətləri Rusiyanın hücumunu pisləyərək bu ölkəyə sanksiyalar tətbiq etdi. Cəza tədbirləri daha çox iqtisadi sferanı əhatə etdiyindən sanksiyaların Rusiya iqtisadiyyatını xeyli zəiflədəyəci, ölkədə yoxsulluq və böhranın yaşanacağı proqnozlaşdırılır. 

 

Sanksiyalar fonunda hazırda Rusiyada vəziyyət necədir, xalq müharibə barədə nə düşünür?

 

Rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredix Rusiyanın hazırkı durumunu Modern.az-a şərh edib.

 

 

Onun sözlərinə görə, Qərbin sanksiyaları artıq Rusiyada hiss edilir, ancaq vətəndaşların düşüncələri dəyişməyib:

 

“Şəxsən mən heç bir dəyişiklik görmürəm. Əhalidə vətənpərvərlik hissinin, birliyin yüksəlişi müşahidə olunur. Qərb heç vaxt Rusiyanın dostu olmayıb. Bunu indi də aydın şəkildə görürük. Hazırda qarşıdurma bütün səviyyələrdə özünü büruzə verir.

 

Sanksiyalar nə qədər çox olarsa, yerli istehsal da bir o qədər inkişaf edəcək. Rusiya asan şəkildə Qərbin qarşısında əyilməyəcək. Eyni zamada bu sanksiyalar fonunda müttəfiq ölkələr Rusiya bazarında geniş yer tutacaq. Azərbaycan, Çin, Türkiyə və digər müttəfiq ölkələr Rusiya bazarında əlavə imkanlar əldə edəcəklər”.

 

Politoloq eyni zamanda Ukraynadakı hərbi əməliyyatlara da toxunub. O, Rusiya xalqının sülh arzuladığını söyləyib.

 

“Ukraynadakı xüsusi hərbi əməliyyat bir həftə ərzində başa çatacaq. Amma bunun üçün danışıqlarda Ukraynadan real və gücü təmsilçilərin iştirakı lazımdır”,- deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı