Modern.az

Mövsümün ən böyük hesablı qələbəsi - VİDEO

Mövsümün ən böyük hesablı qələbəsi - VİDEO

Aktual

15 Aprel 2022, 22:55

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, çempionatın lideri "Qarabağ" klubu "Şamaxı" komandasını qəbul edib.

 

"Azərsun Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, nəticə cari mövsümün Premyer Liqada ən böyük hesablı qalibiyyəti olub.

 

Qeyd edək ki, bu qələbədən sonra xallarını 55-ə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini möhkəmləndirib. İyirmi xalı olan "Şamaxı" isə 6-cı sırada qərarlaşıb.

 

“Qarabağ” – “Şamaxı" - 8:0 

Qollar: İbrahima Vadji, 8, 16, Ozobiç, 20, 21, İbrahima Vadji, 30, Marko Veşoviç, 38, Kadi Borqes, 45+2, Musa Qurbanlı, 49


Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə


“Azersun Arena”

 

Günün ilk oyununda "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib. Tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı