Polşanın Moskvadakı səfiri Kşişitof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Daha əvvəl ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya XİN-də olub. Amerikalı diplomat jurnalistlərin suallarına cavab verməyib.
Hər iki diplomat 20 dəqiqədən sonra Rusiya XİN-in binasını tərk edib.