Modern.az

“MTN işi”nə görə həbs edilən Alıyev əfvə düşdü

“MTN işi”nə görə həbs edilən Alıyev əfvə düşdü

Aktual

27 May 2022, 19:45

Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında "MTN işi"nə görə məhkum olunan Natiq Alıyev də var.

 

Modern.az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Natiq Alıyev Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci tarixli hökmü ilə 10 il altı ay müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı