Modern.az

Polşalı deputatlar Şəhidlər xiyabanında

Polşalı deputatlar Şəhidlər xiyabanında

Aktual

2 İyun 2022, 13:00

Bakıda səfərdə olan Polşa Seymindəki Polşa-Azərbaycan dostluq qrupunun rəhbəri Yoanna Lixotska və üzvləri iyunun 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, Polşa parlamentinin deputatları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə güllər qoyublar. Həmçinin “Əbədi məşəl” abidəsi ziyarət olunub.

 

Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəni seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə məlumat verilib.

 

Qeyd edək ki, nümayəndə heyətini Milli Məclisin deputatları - Azərbaycan-Polşa parlamentlərarası dostluq qrupunun rəhbəri Səttar Möhbalıyev və Ülviyyə Həmzəyeva və digər rəsmi şəxslər müşayiət ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı