Modern.az

Ruslar Kiyevi Xəzərdən vurdular

Ruslar Kiyevi Xəzərdən vurdular

Aktual

5 İyun 2022, 12:30

Bu gün səhər saatlarında Rusiya qüvvələri Xəzər dənizindən Kiyevə bir neçə raket zərbəsi endirib.

 

Modern.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

 

İlkin məlumatlara görə, ruslar Xəzər dənizindəki Tu-95 təyyarələrindən Kiyevə raket atıblar.

 

Qeyd olunub ki, “Mərkəz” hava komandanlığının zenit-raket qoşunlarının bölməsinin hərbi qulluqçuları səhər saat 6 radələrində səmada düşmənin raketlərini aşkarlayaraq bir qanadlı raketi məhv ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı