Ukrayna ordusuna qarşı döyüşməkdən imtina edən rus hərbçiləri ölkələrinə qaytarılır.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün səhər hesabatında məlumat verib.
"Düşmənin şəxsi heyəti ruhdan düşüb. Mövcud məlumata görə, 106 və 76-cı hava-desant diviziyalarının bölmələrində döyüş əməliyyatlarından imtina edən hərbçilər Luqansk vilayətindən Rusiya Federasiyasının ərazisinə qaytarılır", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda müharibənin 105-ci günüdür.