Modern.az

Rusiyanın 11 şəhərinə uçuş məhdudiyyətinin müddəti uzadıldı

Rusiyanın 11 şəhərinə uçuş məhdudiyyətinin müddəti uzadıldı

Aktual

14 Sentyabr 2022, 11:18

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini sentyabrın 22-dək uzadıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.

 

Bildirək ki, Rusiya uçuşların məhdudlaşdırılması rejimini fevralın 24-dən etibarən tətbiq edir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı