Modern.az

Xainlər üçün Vətən məhfumu yoxdur!

Xainlər üçün Vətən məhfumu yoxdur!

Aktual

21 Sentyabr 2022, 09:32

Mənə elə gəlir ki, onlar Azərbaycanın bu qələbəsini istəməyən ünsürlərdir. Cənab prezidentimiz 44 günlük müharibədə Şah İsmayıl Xətaidən sonra ilk dəfə olaraq Azərbaycanın torpaqlarını işğaldan azad elədi və dünyaya sübut elədi ki, Azərbaycan ordusu yenilməz, müzəffər ordudur.

 

Ali Baş Komandanımızın rəhbərliyi altında bu qələbə oldu və bu danılmazdır. O adamlar ki, xaricdə oturan Azərbaycanın haqq işinə kölgə gətirən Tural Sadıqlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Süleyman Süleymanlı, Qabil Məmmədov, Orxan Ağayev, Manaf Cəlilzadə və digərləri  qarayaxmalar edirlər. Bunlar düşmənin dəyirmanına su tökən ünsürlərdir. Onlar İranı, Ermənistanı dəstəkləyənlərdir. Bildiyiniz kimi Azərbaycan 34 ildi düşmənlə mübarizə aparır. Bu düşmənlər təkcə erməni deyil. Bu düşmənlər şimal qonşumuz Rusiya, cənub qonşumuz İrandır. Yoxsa, erməni nə karədir ki, belə hökümranlıq edə. Ancaq və ancaq İranın Rusiyanın siyasəti ilə hərəkət edən erməniləri susduran Azərbaycan ordusuna qarayaxmalardır. Məncə bu acınacaqlı haldır ki, bizim Azərbaycanlı adlandırdığımız vətəndaşımız bizim şəhidlərimizin haqqına girirlər. Onlar bu qələbəni qəbul edə bilmədikləri üçün danırlar.

 

Bunu qəsdən edirlər, çünki istəyirlər ki, biz erməninin tapdağı altında qalardıq, torpaqlarımız azad olmuyardı, hər yerdə başımız aşağı, dilimiz gödək olardı. İndi şükür Allaha şəhidlərimizin, müzəffər Ali Baş Komandanımızın və ordumuzun hesabına torpaqlarımız azad oldu. İndi başımız ucadı. Prezidentimiz bütün xarici görüşlərdə çox məğrur görsənir. Azərbaycan indi çox işlər görür.

 

Orduya xərc çəkir, azad olmuş torpaqların abadlaşdırılması, şəhid ailələrinə göstərilən diqqət, qazilərə olan hörmət-bunlar hamısı danılmazdır. Bu qədər görülən işlərin və qələbənin qarşısında onların elədiyi qarayaxmadan başqa bir şey deyil. Əgər belə qeyrətli, dövlətpərəst, vətənpərvər oğullar idisə, öz uşaqlarını müharibəyə göndərəydilər. Niyə onların bir uşağı müharibədə iştirak etməyib? Prezidentimizin siyasətini bəyənmirdisə, qohumu gedərdi müharibəyə, heç olmasa uzaq qohumu gedərdi ki, onlardan da kimsə şəhid olardı. Ancaq bizim xalqımız dövlətini dəstəklədi. Müharibə üçün könüllülər yarandı və biz müharibəni qazandıq. Mən bir şəhid atası və müəllim kimi prezidentimizin siyasətini bəyənirəm və dəstəkləyirəm.

 

Vaqif Əliyev
Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı