Bu gün Qazaxıstanın paytaxtı Astanada həm də MDB-nin növbəti sammiti keçiriləcək.
Modern.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin də qatılacağı sammitdə Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək
Aktual beynəlxalq və regional məsələlərin müzakirə olunacağı MDB sammitində Ermənistan-Azərbaycan münaqişəsi barədə nələrin deyiləcəyi, hansı qərarların veriləcəyi böyük maraq doğurur.
Bundan başqa, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana hansı münasibət sərgiləyəcəyi də siyasi çevrələrin diqqət mərkəzində olan məsələdir.
Məsələ burasındadır ki, Ermənistan son addımları ilə Rusiyadan aralanmağa çalışdığını göstərir.
Ötən həftə Praqa görüşündə Fransa prezidenti Emmanuel Makronun Paşinyan üçün “qalxan” rolunda çıxış etməsi, Ermənistanın dünən BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qondarma referendumlarla bağlı səsverməyə qatılaraq, bitərəf qalması Rusiyaya ünvanlanan mesajlar kimi qiymətləndirilir. Bəzi ekspertlərin fikrincə, bunları Paşinyanın Rusiyaya "sənin yanında deyilik" mesajı hesab etmək olar.
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakdan da imtina etmişdi. Halbuki, həmin sammitdə Putin və Əliyevlə birgə qeyri-rəsmi danışıqlar imkanı yaranmışdı, lakin Paşinyan son anda Səmərqənddə keçirilən sammitə getmədi.
Bu baxımdan MDB dövlət başçılarının bugünkü sammiti bir sıra prizmalardan böyük maraq doğurur.
A.Qorxmaz