Modern.az

“Lev Yaşin” mükafatının qalibi bəlli oldu

“Lev Yaşin” mükafatının qalibi bəlli oldu

Aktual

18 Oktyabr 2022, 00:38

Bu ilin ən yaxşı qapıçısı müəyyənləşib.

 

Modern.az xəbər verir ki, “France Football”un təsis etdiyi Lev Yaşin mükafatının qalibi bəlli olub.

 

“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ən yaxşı qapıçı adına “Real”ın və Belçika millisinin qolkiperi Tibo Kurtua layiq görülüb.

 

Digər namizədlər Alisson Bekker (Braziliya, “Liverpul”), Yassin Bunu (Mərakeş, “Sevilya”), Ederson (Braziliya, “Mançester Siti”), Uqo Lyoris (Fransa, “Tottenhem”), Mayk Mayqnan (Fransa, “Milan”), Eduar Mendi (Seneqal, “Çelsi”), Manuel Noyer (Almaniya, “Bavariya”), Yan Oblak (Sloveniya, “Atletiko”), Kevin Trapp (Almaniya, “Ayntraxt”) olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı