Modern.az

MSK: “Prezident seçkisinin dəqiq tarixi avqustda müəyyənləşəcək”

MSK: “Prezident seçkisinin dəqiq tarixi avqustda müəyyənləşəcək”

Aktual

4 İyul 2013, 13:49


“Seçkilərin dəqiq tarixi ilə bağlı müzakirələrin keçirilməsi çox güman ki, avqust ayında keçiriləcək”.

Bunu Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. O bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, seçkilər mövcud prezidentin səlahiyyətinin başa çatan ili, oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilməlidir.

“Bu da oktyabr ayının 16-na təsadüf edir. Bildiyiniz kimi, Əmək Məcəlləsinə dəyişiklik olub. Səsvermə günü qeyri-iş gününə düşürsə, tarix dəyişilməlidir. Lakin həmin gün Qurban bayramına düşdüyündən qeyri-iş günü sayılır. Buna görə də tarix dəyişilməlidir. Qanunun tələbi belədir”, – deyə MSK rəsmisi qeyd edib.

  Namidə BİNGÖL    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı