Modern.az

Parklanma pulunu yalnız kartla ödəyə bilərsiniz

Parklanma pulunu yalnız kartla ödəyə bilərsiniz

Aktual

1 Avqust 2023, 10:30

"Parklanmaların ödənişləri yalnız nağdsız formada olacaq". 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərə açıqlamasında bildirib. 

 

Anar Rzayev qeyd edib ki, qısamüddətli parklanmaya ehtiyacı olan vətəndaşlar mərkəz və maraq dairəsi olan ərazilərdə yer tapa bilmirlər: 

 

"Yeni "AzParking" mobil tətbiqi istifadəyə verildikdən sonra daha çox əhali qısamüddətli parklanmadan istifadə edə biləcək. Uzunmüddətli və qısamüddətli parklanmaya ehtiyacı olanlar arasında bölgü ədalətli nisbətdə olacaq. Əlbəttə, bütün proseslərin tam icrası üçün müəyyən zamana ehtiyac var".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı