Modern.az

Fransa Qarabağ ermənilərinin istəyini RƏDD ETDİ

Fransa Qarabağ ermənilərinin istəyini RƏDD ETDİ

Aktual

25 Sentyabr 2023, 16:40

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini ölkəsinin Qarabağ ermənilərini qəbul edib onlara sığınacaq verməyə hazır olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat özünün tvitter səhifəsində məlumat paylaşıb.

 

Bundan əvvəl sosial şəbəkələrdə Fransanın Qarabağ ermənilərini qəbul edəcəyi ilə bağlı məlumat yayılmışdı. Əslində isə bu Qarabağdan köçən ermənilərin sosial şəbəkələrdə yazdığı arzu idi. Görünən odur ki, Fransa erməniləri sözdə dəstəkləyir, əməldə bunu etməyi ağlından keçirmir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı