Modern.az

Milli Şuradan ASDP sədrinə sərt CAVAB: “Araz Əlizadə qələti özü edir”

Milli Şuradan ASDP sədrinə sərt CAVAB: “Araz Əlizadə qələti özü edir”

Aktual

20 Sentyabr 2013, 13:42

Ötən axşam İctimai Televiziyada prezidentliyə namizədlərin iştirakı ilə keçirilmiş debatda baş verən qalmaqal gündəmin əsas müzakirə mövzusuna çevrilib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Milli Şuranın vahid namizədi Cəmil Həsənli arasında baş verən xoşagəlməz hadisənin ardından ASDP sədri Araz Əlizadənin canlı efirdən “Cəmil Həsənli də qələt etdi” söyləməyi Milli Şura üzvlərinin qəzəbinə səbəb olub.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin Cəmil Həsənli ilə bağlı səsləndirdiyi bu fikirə Milli Şuranın cavabı gecikməyib.

Milli Şuranın üzvü, “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev Modern.az-a açıqlamasında Araz Əlizadəyə cavab verib.

O, Araz Əlizadənin Hafiz Hacıyevin ikinci üzü olduğunu deyib:

“Bu debatda siyasi etikadan uzaq münasibətlər sərgiləndi. Hafiz Hacıyev barədə danışmağa dəyməz. O, özünü prezidentliyə namizəd kimi deyil, küçə tərbiyəsi görmüş adamdan betər  apardı. Onun digər üzünü də Araz Əlizadə nümayiş etdirdi. Araz Əlizadə milyonların gözü  önündə öz kimliyini göstərdi.
Cəmil Həsənli kimi alimin ünvanına həmin ifadəni işlətmək heç kimə başucalığı gətirmir. O cümlədən də Araz Əlizadəyə. Ən böyük qələti Araz Əlizadə özü elədi. O özünü yaxşı tanıtdı ki, Araz Əlizadə kimdir. Ayıb olsun sadəcə”.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı