Modern.az

Xalq artisti Kamil Cəlilov vəfat etdi

Xalq artisti Kamil Cəlilov vəfat etdi

Allah rəhmət eləsi̇n

23 Fevral 2022, 10:10

Azərbaycanın Xalq artisti, məşhur qoboy ifaçısı Kamil Cəlilov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

84 yaşında dünyasını dəyişən Kamil Cəlilov həm də bir sıra bəstələrin müəllifi idi.

Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. A.Zeynallı adına Musiqi Məktəbi və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşa nağaraçı, sonra qarmon ifaçısı olub. Daha sonralar qoboy ifaçılığına keçib.

Xalq artisti qoboyda "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və ritmik muğamlardan "Qarabağ şikəstəsi"ni ustalıqla ifa edir.

“Şöhrət” ordenli sənətkarın ən böyük arzularından biri Qarabağda "Qarabağ şikəstəsi"ni çalmaq idi.

Allah rəhmət eləsin...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı