Modern.az

Suriyada daha 14 şəhər terrorçulardan azad edilib

Suriyada daha 14 şəhər terrorçulardan azad edilib

Dünya

17 İyun 2017, 22:55

Suriya ordusu Rəqqa əyalətində 14 şəhəri terrorçulardan azad edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hökumət qüvvələri terrorçuların "dayaq məntəqəsi" olan Əl-Rəqqa istiqamətində irəliləməkdə davam edirlər.

"Pələng" elit seçmə dəstələrinin rəhbərlik etdiyi suriyalılar Süfyan neft sahəsini, həmçinin Salamiyə-Rəqqa yolu boyunca bir sıra kəndləri azad ediblər.

Hökumət qoşunları Hələbə döyüş sursatı daşımağın mümkün olduğu yeganə yolun təhlükəsizliyini təmin etmək üçün qərbə tərəf irəliləyirlər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı