Modern.az

Neft kəskin ucuzlaşdı

Neft kəskin ucuzlaşdı

İqtisadiyyat

3 Avqust 2015, 23:24

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.

Modern.az xəbər verir ki, bu gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,75% azalaraq 49,84 dollar olub.

Brent markalı neftin qiyməti yanvarın 15-dən ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,72% azalaraq 45,84 dollar təşkil edib.

Neftin qiymətinin ucuzlaşmasının səbəbləri kimi Çin iqtisadiyyatında yaşanan problemlər və yaxın zamanlarda İranın neft bazarına daxil olması ehtimalı göstərilir.

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı