Modern.az

Sərdar Cəlaloğlu: “İctimai Palataya daxil olmağımız mümkün deyil”

Sərdar Cəlaloğlu: “İctimai Palataya daxil olmağımız mümkün deyil”

Ölkə

12 Yanvar 2011, 13:32

Azərbaycan Demokrat Partiyasının müxalifət partiyalarının yaratdığı İctimai Palataya daxil olması mümkün deyil. Bu barədə Modern.az-a ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, partiya İctimai Palatanın yaradılması prosesində iştirak etməyib və ona görə də quruma daxil olmaq imkanları üzərində düşünmür.

“İctimai Palatanın yaradılması ideyasının yaranmasında iştirak etməmişik. Bu qurumun məqsədləri və addımları barədə məlumatsızıq. Düzdür, palataya qoşulmaq üçün bizə rəsmi dəvət glmişdi. Amma ADP iştirak etmədiyi müzakirələrin sonunda ortaya çıxmış qurumda təmsil olunmaq istəmir”-deyə S.Cəlaloğlu bildirib.

Bununla yanaşı İctimai Palatanın yaradılmasını mühüm addım olduğunu qeyd edən S.Cəlaloğlu vurğulayıb ki, qurum ətrafına 30-40 min tərəfdar toplayıb müəyyən təkliflərlə çıxış edə biləcək effektli quruma çevrilsə, o zaman təsir imkanlarına sahib ola bilər.

ADP sədrinin fikrincə, İctimai Palatanı təsis edənlərin üzərinə həm də proseslərin idarə olunması üçün məsuliyyət də düşür. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı