Modern.az

Lavrov Çavuşoğlu görüşü başa çatdı - YENİLƏNİB

Lavrov Çavuşoğlu görüşü başa çatdı - YENİLƏNİB

Ölkə

1 İyul 2016, 14:08

 

Bu saatlarda Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlunun görüşü keçirilir. 

 

Modern.az-ın xəbərinə görə, bu barədə məlumatı Rusiya KİV-i yayıb.

 

Məlumata görə, hər iki ölkə nazirinin danışıqları üçün 40 dəqiqə ayrılıb.

 

Görüşdə ikitərəfli əlaqələrin bərpası və Suriya məsələsinin müzakirə edildiyi deyilir. 

 

***

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında Soçidə keçirilən görüşü başa çatıb.

 

RİA Novosti-nin məlumatına görə, danışıqlar 40 dəqiqə davam edib.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün konstruktiv keçdiyini və regional məsələləri müzakirə etdiklərini söyləyib.

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı