Modern.az

AXCP İbrahim İbrahimlini gözləyir

AXCP İbrahim İbrahimlini gözləyir

Ölkə

24 Yanvar 2011, 16:43

“İbrahim İbrahimli AXCP-yə keçmək istəsə, biz ona “hə” deyərik”

“İbrahim İbrahimli AXCP-yə keçmək istəsə biz ona “hə” deyərik”. Bi fikirləri AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı son zamanlar İbrahim İbrahimlinin AXCP-yə keçməsi ilə bağlı səslənən fikirlərə aydınlıq gətirən Modern.az saytına bildirib. Bununla yanaşı, F.Qəhrəmanlı qeyd edib ki, hələlik bu barədə partiyaya rəsmi müraciət daxil olmayıb.

Sədr müavini keçmiş Müsavat funksioneri haqda müsbət fikirlər söyləyib: “Ibrahim İbrahimli Azərbaycan xalq hərəkatında kifayət qədər  mühüm rolu olmuş bir şəsxdir. Cəmiyyətdə də öz mübarizliyinə və prinsipallılğına görə xüsusi mövqeyə malikdir. Onun bizim partiyada olmasından qürur duyarıq”.

Partiya rəsmisi qeyd edib ki, İbrahim bəy tərəfindən belə bir  rəsmi müraciət olarsa, AXCP böyük məmnuniyyətlə “hə” deyər.

“Mən deyə bilmərəm ki, o hansısa bir mərhələdən sonra belə bir qərara verəcək. Ancaq hələlik rəsmi müraciət olmayıb”-deyə F.Qəhrəmanlı əlavə edib.

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı