Modern.az

Ali məktəblərə imtahansız qəbul olunmaq üçün cəmi 52 abituriyent sənəd verib

Ali məktəblərə imtahansız qəbul olunmaq üçün cəmi 52 abituriyent sənəd verib

Ölkə

20 May 2011, 12:23

Tələbə Qəbul üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev mayın 20-də ali məktəblərə qəbullla əlaqədar vəziyyətə dair mətbuta konfransı keçirib.
N.Babayev deyib ki, mayın 22-də Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) rus bölməsi abituriyentlərinin Azərbaycan dilindən test imtahanı keçiriləcək. Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən ilk imtahanda 10275 gəncin iştirakı gözlənilir. İmtahanlar Bakı, Naxçıvan, Şəki, Gəncə, Lənkəran, Sumqayıt və Qubada keçiriləcək.
N.Babayev deyib ki, 22 mayda keçirilən imtahanda iştirak edə bilməyən, eləcə də “2” alan  abituriyentlər iyunun 26-da yalnız Bakı şəhərində keçiriləcək ikinci imtahana qatıla bilərlər.
İmtahanlarda 747 nəfər nəzarətçi iştirak edəcək.

N.Babayev bildirib ki, bu il ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün cəmi 52 nəfər sənəd verib. Sədr müavininin sözlərinə görə, “Təhsil haqqında” qanuna əsasən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların, müsabiqələrin qalibləri ali məktəblərə imtahansız qəbul oluna bilər. Lakin indiyə qədər TQDK-ya Dünya Fənn Olimpiadasının qalibi kimi müraciət edən olmayıb. İncəsənət sahəsi üzrə 3 nəfər, idman sahəsi üzrə 49 nəfər beynəlxalq müsabiqə və yarış qalibi testdənkənar qəbul olunmaq üçün TQDK-ya müraciət edib.

N.Babayev onu da bildirib ki, 2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin 80 faizi elektron ərizələrini təsdiq etdirib.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı