Modern.az

Bakının orta məktəbləri üçün yeni xəbər var

Bakının orta məktəbləri üçün yeni xəbər var

Ölkə

6 Yanvar 2012, 11:56

2012 – ci ildə Bakının orta ümumtəhsil müəssisələrinin V siniflərində kurikulum tətbiq ediləcək. Modern.az-ın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqərər şöbəsindən bildirliblər.

Bu məqsədlə sözügedən təhsil səviyyəsində dərs deyəcək bütün fənn müəllimləri müvafiq kurikulum kurslarına cəlb ediləcək. Hazırda kurikulumun sözügedən təhsil səviyyəsində tətbiqi və müəllimlərin kurslara cəlb edilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Həmin müəllimlərin siyahısı tam hazırlandıqdan sonra Təhsil Nazirliyinə təqdim ediləcək.

Bu il təhsil müəssisələrində metodiki işin yüksək səviyyədə qurulması ilə bağlı müvafiq addımlar atılacaq. Bu məqsədlə təşkil edilən hər bir fənn üzrə dayaq məntəqəsinin maddi – texniki bazasının gücləndirilməsi, xüsusilə də İKT avadanlıqları ilə təmin edilməsi planlaşdırılır.  

2012-ci ildə riyaziyyat fənnindən test yoxlamasının IV – VI siniflərdə tətbiq edilməsi də planlar arasındadır. Bununla da IV sinfi bitirən şagirdlərin növbəti təhsil pilləsində hansı biliklərə yiyələndiyini və əldə edilən nəticələrin nə dərəcədə bir – birinə uyğun gəldiyini müşahidə etmək olacaq. Həmçinin bu il şagird və müəllimlərin istedadlarının üzə çıxarılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, futbol və şahmatın inkişafı, “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələri ilə əlaqədar da bir sıra işlərin görülməsi nəzərdə tutulur.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı