Modern.az

Bədxahlıqlarını “şöhrət” hesab edənlərə

Bədxahlıqlarını “şöhrət” hesab edənlərə

Ölkə

3 Avqust 2015, 10:22

filologiya üzrə elmlər doktoru, professor

Bir-biri ilə intriqada, ziddiyyətdə olan adamlardan uzaq olmaq lazımdır. Onlar çalışırlar ki, öz intriqalarına başqalarını da qoşsunlar. Bədbəxt o kəslərdir ki, bir-biri ilə intriqada, ziddiyyətdə olanların intriqasına, ziddiyyətinə qoşulurlar. Belələri unutmasınlar ki, onlar intriqaya, ziddiyyətə qoşulmaqla intriqaların, ziddiyyətdə olanların əlində oyuncaq olurlar. Oyuncaqlar isə tez-gec sınır, dağılır. Yenə də qazananlar başqaları olur. Ona görə də başqalarına yem olmamaq üçün insan öz yolunu getməlidir, özü olmalıdır. Başqasının probleminin hədəfinə çevrilməməlidir. İmkan verməməlidir ki, problem yaradanlar ondan istifadə etsin. İmkan verməməlidir ki, problem yaradanların problemləri ilə o, məşğul olsun. Onsuz da təcrübə onu göstərir ki, dünyada problem yaradanlar az olmayıbdır, indi də var. Onların yaratdığı problemlərlə ağıllı adamlar həmişə üz-üzə qalıbdır. Bizim hər birimiz dünyaya gələnə qədər dünyada çoxlu problemlər olubdur. Bizim hər birimiz istəsək də, istəməsək də, dünyada mövcud olan hazır problemləri qəbul etmişik. İndi bu azmış kimi intriqaların, ziddiyyətli adamların probleminə qoşulmaq bağışlanılmaz haldır. Bu, süni şəkildə insanın özünə problem yaratmasıdır. Bu, süni şəkildə insanın özünü problemin içərisinə atmasıdır. Bu, süni şəkildə insanın özünü məhv etməsidir. Bu, süni şəkildə insanın öz başını qatmasıdır. Yaxşı deyiblər ki, “İnsanın özü özünə elədiyini el yığışsa edə bilməz”.

Bir-biri ilə intriqada, ziddiyyətdə olan adamların intriqasına, ziddiyyətinə qoşulmaq bir-birinə nifrət edən adamların cərgəsinə süni şəkildə qoşulmaqdır. Nifrət də, məhəbbət də təbii olaraq yaranmalıdır. O, süni yolla yaranırsa, onda insanın təbiiliyini əlindən alır, insanın özünü süniləşdirir. Bəzən həyatda belə süni yolla məhəbbət və nifrətini bildirənlər olur. Onlar tərəflərin hansının ədalətli olub-olmamasından asılı olmayaraq birtərəfli mövqe tuturlar. Daha doğrusu, asılı olduqları, yalmandıqları tərəfdə dayanaraq o biri tərəfə öz məhəbbət və nifrətlərini bildirirlər. Belələrinin özü həmin o intriqantlardan, ziddiyyətli adamlardan qat-qat qorxulu olurlar. Ona görə ki, onlar tərəfbazlığın tərəfdarı kimi insanları və insanlığı dəyərdən salırlar. Belələri bir gündə yüz dəfə mövqelərini, münasibətlərini dəyişə bilirlər. Belələri abır-həya, ləyaqət və şərəf nə olduğunu bilmirlər. Belələri üçün müqəddəs heç nə yoxdur. Belələri üçün hamının qəbul etdiyi müqəddəslər tez-tez dəyişir. Sifətlərində, davranışlarında, münasibətlərində müqəddəslikdən uzaq olan bütün göstəricilər, əlamətlər onlar üçün adidən adi görünür. Onlar elə hesab edirlər ki, elə belə də olmalıdır. Onlar elə hesab edirlər ki, elə belə də hamıdan haqlıdırlar. Onlar elə hesab edirlər ki, elə belə də hamıdan düzdürlər. Onlar elə hesab edirlər ki, hamıdan çox hamıya gərəkli və lazımdırlar. Onlar elə hesab edirlər ki, onlarsız heç nə yoxdur, hər şey lazımsızdır. Belələrinin nə qədər ikrah doğurduğunu ölçən tərəzi yoxdur. Heç onlar imkan verməzlər ki, belə bir tərəzini quraşdıran olsun. Axı onlar sayca o qədər çoxdur ki, qarşılarındakıları məhv etmək yolları da saysızdır, hesabsızdır. Onlar bir-birini tez tapır, tez başa düşür, tez anlayırlar. Ancaq nizam tərəzisini qurmaq istəyənlər bu barədə fikirləşmirlər. Yəni bir-biri ilə birləşmək fikrindən çox-çox uzaqdadırlar. Onlar bir-birindən uzaq olduqları üçün bədxahlar, intriqantlar bir-biri ilə yaxındırlar, tez birləşib tez də hərəkətə keçməyə hazırdırlar. Dünyadakı bütün hadisələrin kökündə bədxahların, intriqantların əli var. Belələrinin vətəni və milləti olmur. Onlar bütün bədxahlıqlarını “şöhrət” hesab edirlər. Ancaq bu “şöhrət”dən xilas olub insanları qorumaqla təsəlli tapmaq olur. Dantenin “İlahi” komediyasında deyildiyi kimi: “Ən gözəl, dadlı sözlər, nə var – işə salaraq,  Get onu xilas elə, bu böyük zəhməti çək, Bundan sonra təsəlli tapa bilərəm ancaq”.

Yaxud:

“Yoxsa eşitməyirsən nələr çəkir o insan?
Görmürsənmi taqətdən salıb aparır onu
Dəniz fırtınasından daha dəhşətli tufan?” –
Qəlbində təkrarlayıb hər sözü, hər vurğunu
Kədərin əllərindən qurtarıb, sevinclərə
Gedən bir insan kimi qəbul etdim mən bunu,
Uğurlu pillələrlə gəlib çıxdım bu yerə,
Sənin tərifə layiq dadlı kəlamlarını,
Şərəfli sözlərini dinləməkçün bir kərə”

Yaxud da:

Birdir arzumuz bizim, buyur, gedək bərabər:
Sən mənim müəllimim, rəhbərim, şah vüqarım!
Səfərimiz başlandı qurtarantək bu sözlər,
Biz getdik arasıyla vəhşi uçurumların.
Səsləyirəm mən sizi səfillər aləminə,
Səsləyirəm əsrlik nalələrin içindən,
Səsləyirəm məhv olan nəsillər aləminə.

(Dante. İlahi Komediya. Bakı, “Öndər nəşriyyat”, 2004, s.26-28)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı