Azərbaycan Milli İstiqlal Partiyası bu il keçiriləcək parlament seçkilərində 25 namizədlə qatılır. Bu barədə Modern.az-a AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov deyib. Onun sözlərinə görə, bu günlərdə MSK AMİP-in daha 4 namizədini qeydə alıb. 3 nəfərin isə namizədliyindən imtina edib. Onlardan biri - 79 saylı İmişli kənd seçki dairəsindən olan namizədlə bağlı AMİP appelyasiya şikayəti verib.