Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 5-10 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Martın 12-si axşamdan 14-ü gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, şimal küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Modern.az