
“Azərbaycanda 1-ci Avropa Olimpiya Oyunları keçirilməsi olduqca mühüm məsələdir”. Bunu Modern.az-a deputat Rauf Əliyev deyib. “Hazırda 60 minlik stadion və böyük kompleks tikilir. Bu yaxınlarda Gimnastika Federasiyası tərəfindən möhtəşəm zal açıldı. Heydər Əliyev Mərkəzində və Əl Oyunlarında Sarayında təmir işləri gedir”.
R. Əliyevin sözlərinə görə, Azərbaycan 2015-ci ilin Avropa Olimpiya Oyunlarına tam şəkildə hazır olacaq. “Yüksək səviyyədə texniki bazası, infrastrukturu ilə idmançılar, mətbuat işçiləri üçün şərait yaradılır. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyətə malikdir”, – deyə deputat əlavə edib.
Ulduz İBRAHİMOVA