
XİN mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Elmar Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Rumıniya prezidentinə çatdırıb.
Rumıniya prezidenti Trayan Basesku salamlara görə təşəkkürünü ifadə edərək, onun da ən səmimi salamlarının və arzularının İlham Əliyevə çatdırılmasını xahiş edib. Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.