Modern.az

Tərcümə Mərkəzinin saytı fəaliyyətə başlayıb

Tərcümə Mərkəzinin saytı fəaliyyətə başlayıb

Eğitim

20 Oktyabr 2014, 17:21

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəsmi saytı (aztc.gov.az) fəaliyyətə başlayıb. Modern.az xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində yayımlanan sayt “Haqqımızda”, “Xəbərlər”, “Fəaliyyət”, “Tədbirlər”, “Qanunvericilik”, “Beynəlxalq əməkdaşlıq”, “Mətbuat və media”, “Kataloq”, “Video”, “Qalareya” və “Əlaqə” bölmələri üzrə yayımlanır.

Sayt vasitəsi ilə dövlət və dövlətçilik, Tərcümə Mərkəzinin kitab nəşrləri, mətbuu nəşrləri, tərcümə sahəsində görülən işlər, layihələr, kitab təqdimatları, görüşlər, beynəlxalq kitab sərgiləri, tərcümə konfransları, dəyirmi masalar və digər əlaqədar tədbirlər barədə məlumat əldə etmək olar. Gündəlik yenilənməkdə olan saytda tərcümə sahəsinin ən son yeniliklərini izləmək mümkün olacaq.

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı