Modern.az

22 universitetə qəbul olan Aysu: “Yalnız birini seçmə şansım var”

22 universitetə qəbul olan Aysu: “Yalnız birini seçmə şansım var”

Təhsil

18 Aprel 2022, 15:52

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi diplom almadan dünyanın 8 ölkəsinin 22 universitetinə qəbul olunub. 

Aysu İsmayılova dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla 8 ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüd ilə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb.

Möhtəşəm uğura imza atan Aysu təəsüratlarını Modern.az-la bölüşüb. 22 univeritetdə oxumaq şansı əldə edən tələbə arzularına çatdığını söyləyib:

“Mən İsmayılova Aysu Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinin sonuncu kursunda təhsil alıram. Xeyli müddətdir ki, xaricdə ali təhsil almaq istəyirəm. Çünki elə ixtisaslar var ki, onlar xarici ölkələrdə daha çox inkişaf edib. Həmin ixtisasları öyrənib Azərbaycana töhfə vermək istəyirəm. Buna görə də xarici universitetlərə sənəd verməyə başladım. 22 universitetə qəbul almışam, burada diplomu aldıqdan sonra təqaüd üçün dövlət proqramı üzrə müraciət edəcəyəm. Həmin universitetlərdən yalnız birini seçmə şansım var”.

Aysu qəbul aldığı universitetlər arasında Imperial College Londonda təhsil almaq istədiyini vurğulayıb:

“Orada təhsil almaq istədiyim ixtisas süni intellektdir. Süni intellekti istəyirəm ki, gələcəkdə tibb sahəsinə tətbiq edim. Tibb sahəsində süni intellektin rolu çox böyükdür. Universitetin 21-ə məktubla qəbul olmuşam. Müraciət məktəbunda uğurlarından bəhs edirsən. Finlandiya univeritetinə müsahibə əsasında qəbul olmuşam. Orada fənlə bağlı bəzi suallar oldu. İkinci kursdan etibarən araşdırma apardım və bu universitetlərin saytına baxdım, lazımi sənədləri toplamağa başladım. Xaricdə təhsil almaq mənim böyük arzum idi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?