İcra başçısı məktəbi yoxladı, bu mənzərə ortaya çıxdı - FOTO

İcra başçısı məktəbi yoxladı, bu mənzərə ortaya çıxdı - FOTO

2 Oktyabr 2022, 20:12

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.

Modern.az xəbər verir ki, Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim yerində tapılıb. Həmçinin, 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb.


Məlum olub ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.

Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı