Modern.az

"Butalife" prezidentliyə namizədlərə dair sorğu keçirməyib

"Butalife" prezidentliyə namizədlərə dair sorğu keçirməyib

Təhsil

16 Aprel 2013, 13:14

"Butalife.com" sosial şəbəkəsində prezident seçkiləri ilə bağlı keçirilən sorğunun adı çəkilən şəbəkəyə heç bir aidiyyatı yoxdur.

Modern.az-ın əldə etdiyi məlumata görə, sözügedən sorğunu sosial şəbəkədə gizli adla qeydiyyatdan keçən istifadəçilər təşkil edib.

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasınn icra katibinin müavini, deputat Siyavuş Novruzov sosial sorğuda İsa Qəmbər və İlqar Məmmədovun ilk pillələrdən yer almasına ironik cavab verib.

“İlqar Məmmədov kimdir ki, ona heç 3 adam səs verməz. Gülməlidir, İlqar Məmmədov heç bələdiyyə üzvlüyünə namizəd belə, ola bilməz, nəinki prezidentliyə namizəd. Ona görə, bu sorğular ara qarışdırmaq üçün ortaya atılıb. Qeyd olunub ki, guya İsa Qəmbər ikinci yerə çıxıb. Boş şeylərdir. Sorğu odur ki, vətəndaşların etimadıdır. Vətəndaşlarda dəfələrlə prezident İlham Əliyevə bu etimadı göstəriblər və növbəti seçkidə də göstərəcəklər”-deyə YAP-çı deputat vurğulayıb.

Qeyd edək ki, "Butalife.com" sosial şəbəkəsində “2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra kimi prezident görmək istərdiniz?" adlı sorğu keçirilib. Sorğunda birinci yerə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, ikinci yerdə Müsavat başqanı İsa Qəmbər,  üçüncü yerdə isə hazırki prezident İlham Əliyevin yer aldığı göstərilir.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?