Modern.az

Siyәzәndə 4 yaşlı uşaq 4-cü mәrtәbәdәn yıxılaraq ölüb

Siyәzәndə 4 yaşlı uşaq 4-cü mәrtәbәdәn yıxılaraq ölüb

Aktual

15 İyul 2016, 21:48

Siyәzәn rayonunda bәdbәxt hadisә baş verib. 4 yaşlı uşaq 4 -cü mәrtәbәdәn yıxılıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Hökmulla Talıbov küçәsi, bina 8, mәnzil 20-dә yaşayan Mәmmәdova Dilək Vüqar qızı 4-cü mәrtәbәdәn yıxılaraq müxtәlif bәdәn xәsarәtlәri alıb.

O, Siyәzәn Regional Diaqnostika Mәrkәzinә yerlәşdirilib. Həkimlərin səylərinə baxmayaraq, uşaq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı