Modern.az

Şəmkirdə meşə zolağında yanğın söndürülüb

Şəmkirdə meşə zolağında yanğın söndürülüb

Aktual

19 İyul 2016, 00:18

Şəmkirdə meşə zolağında baş verən yanğın söndürülüb. Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, ilkin olaraq yanğına ərazidə mal-qara otaran çobanların odla diqqətsiz davranmasının səbəb olduğu ehtimal edilir.

Yanğın dağlıq zonada yerləşən meşənin 5 hektar ərazisini əhatə edib və əsasən kol-kos və xırda ağacların olduğu ərazidə qeydə alınıb. Aparılan yanğınsöndürmə işləri nəticəsində yanğının daha da genişlənməsinin və qalın meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı