Modern.az

Balakəndə 4 ballıq zəlzələ olub -Yenilənib

Balakəndə 4 ballıq zəlzələ olub -Yenilənib

Aktual

7 Sentyabr 2016, 21:59

Balakən rayonunda zəlzələ baş verib.

 

Modern.az saytı xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 20:57:44-də Zaqataladan 19 km şimal-qərbdə Balakən ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində isə 4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

 

Zəlzələ nəticəsində dağıntı barədə hələlik məlumat verilmir.

 

Zəlzələ nəticəsində tələfat olmasa da, inzibati və yaşayış binalarında çatlar əmələ gəlib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı