Modern.az

“Kim deyir ki, mən Milli Şuranın mitinqində olmamışam?”

“Kim deyir ki, mən Milli Şuranın mitinqində olmamışam?”

Aktual

14 Sentyabr 2016, 13:07

“11 sentyabrda Milli Şuranın mitinqinə qatılmış 2500-ə yaxın insanın hamısı onların tərəfdarları olmayıb”.

Bu barədə Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP)  Siyasi Şurasının üzvü, partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib.

 

O bildirib ki, Milli Şuranın 11 sentybardakı mitinqində yalnız 800 nəfər müxalifətçi olub:

“2500 nəfərin içində jurnalistlər, hüquq mühafizə orqanlarının əməkdşları və digər şəxlər də var idi. Əslində mitinqdə Milli Şuranın öz kontingenti 800 nəfərdən yuxarı olmayıb.

800 nəfərin içində olan qohum-əqrəbaları, pulla tutulmuş adamlar, yolunu azdırılmış insanlar 11 sentyabrda mitinqə toplanmışdılar”.

 

“Nəyə görə bu dəfə müxalifətin mitinqini müşahidə etmədiniz” sualına Siyavuş Novruzov belə cavab verib:

 

“Onu kim deyir ki, mən 11 sentyabrda mitinqə qatılmamışam? Mən hər bir prosesi yaxşı izləyirəm. Harada nə baş verirsə, çox gözəl bilirəm”.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı