Modern.az

Xocalı şəhidlərinin məzarı diqqətsiz vəziyyətdədir - PROBLEM

Xocalı şəhidlərinin məzarı diqqətsiz vəziyyətdədir - PROBLEM

Aktual

14 Oktyabr 2016, 15:00

“Rayonlarda olan Xocalı şəhidlərinin məzarlarına diqqətsizlik göstərilir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliklə əlaqədar çıxış edən deputat Elman Məmmədov deyib.

 

O bildirib ki, Xocalı soyqırımı qurbanlarının məzarlarının əksəriyyəti Ağdamda olub, sonra həmin ərazilər də işğal edilib:

 

“Yəni şəhidlərimizin məzarları da indi işğal altındadır. Xocalı şəhidlərindən yalnız 12-nin məzarı Bakıda, 50-si isə rayonlardadır. Rayonlarda 50 məzarın üzəri 1992-ci ildə primitiv qaydada götürülüb, bu gün diqqətdən kənarda qalıb”.

 

E. Məmmədov vurğulayıb ki, soyqırıma məruz qalmış insanlara müəyyən imtiyazların verilməsi gündəmə gətirilməlidir:

“Biz istəyirik ki, dünya Xocalı soyqırımını tanınsın. Biz niyə indiyə qədər Xocalı şəhərini soyqırımına məruz qalmış şəhər kimi qəbul edib, Xocalı sakinlərinə müvafiq status vermirik? Söhbət maddi təminatdan yox, mənəvi məsələlərdən gedir”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı