İmişlidə qətl hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, qətl hadisəsi gecə saat 01.00 radələrində İmişi rayonunun Gövhərli kəndində baş verib.
Həmin kəndin sakini, 26 yaşlı Ağababa Alibaba oğlu Nəsirov arvadı, 1999-cu il təvəllüdlü Aygün Altay qızı Abdulxalıqovaya balta ilə 3 zərbə vuraraq qətlə yetirib. A.Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Modern.az