Modern.az

Nazirlikdən çimərliklərə getmək istəyənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliklərə getmək istəyənlərə XƏBƏRDARLIQ

Aktual

14 İyul 2018, 14:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bazar günü çimərliyə getmək istəyənlərə xəbərdarlıq edib.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyul ayının 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək vəə külək arabir güclənəcək.

 

Abşeron çimərliklərində suyun temperaturuna gəlincə, iyulun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı