Modern.az

İndoneziyada ikibaşlı uşaq doğuldu - FOTO

İndoneziyada ikibaşlı uşaq doğuldu - FOTO

Current

24 İyul 2018, 16:22

İndoneziyada bir bədənə və bir başa lakin iki üzə və iki beyinə sahib uşaq dünyaya gəlib.

 

Modern.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, həkimlər üzün və beynin birinin cərrahi yolla ayrılmasının lazı olduğun bildirir.

 

Valideynlər indi oğlunun həyatını xilas etmək üçün ümidsiz vəziyyətdədirlər.

Belə ki, yerli həkimlər bu əməliyyatı həyata keçirmək üçün yetərli avadanlığa sahib olmadıqlarını bildiriblər.

 

Həmçinin valideyinlərin də bu əməliyyata vəsaitləri yoxdur. Lakin onlar mübarizəni sona qədər davam etdirmək niyyətində olduqlarını söyləyiblər.

 

Həkimlər isə kiçik Qilanqa Adikanın bu vəziyyətdə çox yaşaya bilməyəcəyini qeyd edib.

Həkimlərin rəyinə görə körpə bu vəziyyətdə həmçinin ana südü də qəbul edə bilmir.

 

Qeyd edək ki, ana hamiləliyi dövründə heç bir qeyri adi hadisə və ya problem yaşamadığını bildirib. Onun sözlərinə görə iki ultrasəs müayinəsi zamanı belə həkim uşağın başının böyük və üzünün önə istiqamətdə olduğunu qeyd edib. Həkimlər yalnız doğum zamanı uşağın bu vəziyyətdə olduğunu müşahidə ediblər. Körpənin nadir müşahidə olunan “diprozop” diaqnozu ilə doğulduğu ehtimal edilir. Bu diaqnozla doğulan uşaqların çox yaşamadığı qeyd edilir.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı