Modern.az

Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirəcək - VİDEO

Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirəcək - VİDEO

Current

13 Avqust 2018, 11:38

Azərbaycan Avtomobil Federasiyası avqustun 26-da növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək.

 

Modern.az xəbər verir ki, bununla əlaqədar olaraq Federasiya klassik avtomobil sahiblərini və həvəskarlarını tədbirdə iştiraka dəvət edir.


1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək qeydiyyatdan keçə bilər. Yürüşdə və sərgidə iştirak üçün avtomobilini qeydiyyatdan keçirmək istəyən şəxslərdən Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.


Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

 

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək yürüş Bakı şəhərinin mərkəzi küçələri ilə davam edəcək.

 

Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı