Modern.az

“Fənərbaxça” 20 min lirə cərimələndi

“Fənərbaxça” 20 min lirə cərimələndi

Aktual

4 Oktyabr 2018, 20:41

Türkiyə Futbol Federasiyası (TFF) Professional Futbol Intizam Qurumu “Fənərbaxça” klubuna 20 min lirə pul cəzası verib. Modern.az xəbər verir ki, TFF-in verdiyi açıqlamada  Spor Toto Super Liqasında “Çaykur Rizəspor” ilə “Fənərbaxça” oyunundan sonrakı  reportajda “Fənərbaxça” klubunun futbolçularının iştirakı ilə bağlı təlimatlara riayət etməməsinə görə 20 min lirə pul cəzası aldıqları bildirilib.

 

Qurum, həmçinin, “Göztəpə”yə 50 min, “MKE Ankaragücü” və “Böyükşəhər Bələdiyyəsi Ərzurumspor”a 20 min lirə  pul cəzası verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı