Modern.az

Bakıda Xaçmaz sakini ölümcül döyüldü

Bakıda Xaçmaz sakini ölümcül döyüldü

Aktual

4 Oktyabr 2018, 21:40

Bakıda 29 yaşlı kişi döyülüb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

 

Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Qarbaşov Sərxan Akif oğlu qapalı kəllə-beyin travması və sağ gicgah nayihəsinin hematoması diaqnozu ilə klinikaya yerləşdirilib.

 

Aparılan əməliyyat tədbirləri nəticəsində xəsarət alan şəxsin Yasamal rayonu, Əsəd Əhmədov küçəsində Cavid adlı şəxslə mübahisə etdiyi və həmin şəxs tərəfindən döyüldüyü məlum olub.

 

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı