Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Aktual

4 Dekabr 2018, 23:55

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,1 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 61,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,18 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 3-də 57,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,71 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 3-də 60,35 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,05 dollar/barel çoxdur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı