Modern.az

“Yuventus”un 87 illik rekordu təkrarlandı

“Yuventus”un 87 illik rekordu təkrarlandı

Aktual

5 Aprel 2019, 17:20

İtaliya A seriyasının 30-cu turunda “Balonya”nı qəbul edən “Atalanta” böyük hesablı qələbə qazanıb.

Modern.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu görüşdə “Yuventus”a məxsus rekord təkrarlanıb.

“Atalanta” qarşılaşmanın artıq ilk 15-ci dəqiqəsində rəqib qapısından 4 top keçirib.Sonuncu dəfə bunu 1932-ci ildə “Yuventus” bacarmışdı.

“Qoca Sinyora” həmin vaxt “Roma” ilə matçın (7-1) ilk 15 dəqiqəsində rəqib qapısından 4 dəfə yol  tapmışdı.Beləliklə “Atalanta” Turin təmsilçisinin 87 illik rekordunu dünən təkrarlamış olub.

 

Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı