Modern.az

“Azadlıq”ın 22 yaşı qaranlıqda keçirilib

“Azadlıq”ın 22 yaşı qaranlıqda keçirilib

Aktual

25 Dekabr 2011, 18:19

Bu gün "Azadlıq" qəzetinin 22 illik yubileyinin keçirildiyi "4-cü mikrorayon"da yerləşən "Qızıltac" restoranında işıqlar söndürülüb.

Yubiley tədbirində iştirak edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun "musavat.com"a verdiyi məlumata görə restoran sahibi bilərəkdən zalın işığını kəsərək yubley tədbirinin keçirilməsinə mane olub.

 O bunun səbəbini Müsavat partiyasının başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin tədbirdə iştirak etməsi ilə əlaqələndirib. Qəzet rəhbərliyinin tələbinə baxmayaraq işıqlar yandırılmayıb və yubiley tədbiri qaranlıq zalda davam edib. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid çıxışı zamanı deyib ki, hansısa yüksək çinli məmur yubileyin keçirilməsinə mane olmaq üçün restoran sahibinə hədə-qorxu gəlib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı