Modern.az

Gürcüstanda gözəllik salonu sahibi olan azərbaycanlı saxlanıldı

Gürcüstanda gözəllik salonu sahibi olan azərbaycanlı saxlanıldı

Актуально

13 Aprel 2019, 14:51

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində 55 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Acarıstanın Polis Departamenti məlumat yayıb.

Müəyyən olunub ki, S.C. adlı Azərbaycan vətəndaşı Batumidə sahibi olduğu gözəllik salonunda müştəriyə fiziki təzyiq göstərib.

Saxlanılan şəxsə qarşı “zorakılıq” maddəsi üzrə cinayət işi açılıb. Azərbaycan vətəndaşının günahı sübuta yetirələcəyi təqdirdə onu 1 ildən 3 ilədək həbs cəzası gözləyir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı