Yeni mövsümdə iştirak etdiyi bütün turnirlərdə uğur qazanmaı hədəfləyən "Kral klubu" PSJ-nin ulduzu Kilian Mbappeyə təklif göndərməyə hazırlaşır. Madrid klubu Paris təmsilçisinə 280 milyon avro təklif edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,“PSJ” təklifi qəbul etsə, bu futbol tarixinin ən bahalı transferi olacaq. Hazırda rekord Neymara məxsusdu. Braziliyalı futbolçu 2017-ci ilin yayında "Barselona"dan “PSJ”yə 222 milyon avroya keçib.
Qeyd edək ki, "Real"ın Mbappe ilə yanaşı, Eden Hazard, Pol Poqba və Kristian Eriksen kimi futbolçularla da maraqlandığı iddia olunur.
Novruz NOVRUZLU