Modern.az

Şəkidə dolu meyvə ağaclarına ziyan vurub

Şəkidə dolu meyvə ağaclarına ziyan vurub

مورد توجه

15 May 2019, 09:32

Şəkiyə güclü dolu yağıb.

Modern.az ONA-ya istinadən xəbər verir ki, mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgənin dağətəyi ərazilərinə qısamüddətli yağış yağıb. Qeyri-sabit hava şəraiti ən çox Şəki şəhərinin və ətraf kəndlərin ərazilərində özünü göstərib. Gecə saat 01:40 radələrində Şəki şəhəri və bir neçə dağətəyi kəndlərə 10-15 dəqiqə ərzində küləklə müşahidə edilən dolu yağıb.

Yerli sakinlərin verdiyi məlumata görə, güclü dolu nəticəsində meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı