Modern.az

Azərbaycan millisi Macarıstanla bacarmadı - 1:3 - YENİLƏNİB

Azərbaycan millisi Macarıstanla bacarmadı - 1:3 - YENİLƏNİB

مورد توجه

8 İyun 2019, 21:53

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Macarıstan qarşılaşması yekunlaşıb. Oyun rəqib komandanın 1:3 hesablı qələbəsi ilə başa çatıb.

 

***

Azərbaycan milli Macarıstanla oyunda hesab arasındakı fərqi azaldıb. Oyunun 69-cu dəqiqəsində rəqib qapıçıdan qayıdan topu Mahir Emreli  qapıdan keçirib.

Amma bundan cəmi 2 dəqiqə sonra macarlar daha bir qol vuraraq üstünlüklərini yenidən 2 topa çatdırıblar - 1:3.

 

***

 

Azərbaycan - Macarıstan qarşılaşmasında daha bir qol vurulub.

Modern.az xəbər verir ki, oyunun 53-cü dəqiqəsində Orban Villi ikinci topu komandamızın qapısından keçirib: 0-2

 

***

 

Azərbaycan - Macarıstan qarşılaşmasının 18-ci dəqiqəsində hesab açılıb.

Modern.az xəbər verir ki, oyunun 18-ci dəqiqəsində standart vəziyyətdən ötürülən topu Orban Villi komandamızın qapısından keçirib: 0-1.

 

***

 

AVRO-2020-nin seçmə mərhələsində III turun oyunlarına keçirilir.

 

Modern.az xəbər verir ki, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası “Bakcell Arena” stadionunda növbəti qarşılaşmasına çıxıb.

 

Final mərhələsi Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizə aparan yığmamız Macarıstanı qəbul edir. Bu, komandamızın tsikldə ikinci görüşüdür.

 

İlk matçını Xorvatiyada keçirib, 1:2 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri macarları Bakıda qəbul edir. Komandamız bu seçmə mərhələdə ilk ev oyununda ilk xalını qazanmağa çalışır.

 

Qarşısına AVRO-2020-nin final mərhələsinə yüksəlmək vəzifəsi qoyulan yığmamız şanslarının azalmaması üçün qalib gəlmək arzusundadır. Millimiz 3 xal əldə etsə, bu, N.Yurçeviçin komandamızın “sükanı arxası”nda ilk qələbəsi olacaq.

 

Qeyd edək ki, qrupumuzun digər oyununda Xorvatiya Uelslə üz-üzə gəlib. Son dünya çempionatının gümüş mükafatçısı rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

 

Baş hakim: Kevin Blom

Baş hakimin köməkçiləri: Bas van Dongen, Yohan Balder

Dördüncü hakim: Serdar Gözübüyük (hamısı Hollandiya)

 

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda

 

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev

 

Baş məşqçi: Nikola Yurçeviç

 

Macarıstan: 1. Peter Qulaşi, 2. Botond Barat, 3. Mixay Korxut, 6. Villi Orban, 7. Balaş Cudcak (k), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay, 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 18. Dominik Nad

 

Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 4. Yanoş Ferentsi, 5. Paulo Vinisius, 11. Kristian Nemets, 13. Jolt Kalmar, 16. Mate Patkay, 17. Roland Varqa, 19. David Holman, 20. İştvan Kovaç, 21. Tamaş Kadar, 23. Filip Holender

 

Baş məşqçi. Marko Rossi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı